EN

Hakan Fidan: Ukraynadakı münaqişə ilə bağlı fikirlər dəyişib

ain.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Avropa ölkələrinin siyasətçiləri Ukraynadakı münaqişənin dözülməz nəticələrini bilirlər”. SİA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Nazirin sözlərinə görə, Ukraynadakı münaqişə ilə bağlı fikirlər dəyişib. O, bunu NATO-nun Haaqadakı sammitində müşahidə etdiyini deyib. Fidan xatırladıb ki, Avropanın əksər ölkələri əvvəllər atəşkəs istəmirdilər:

“İndi vəziyyətin dözülməz həddə çatdığını görürlər”, - deyə Türkiyənin XİN başçısı bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
56
50
sia.az

10Sources