AZ

"İnter Mayami"nin Messi ilə bağlı planı açıqlandı

“İnter Mayami” və Lionel Messi 38 yaşlı argentinalı futbolçunun hazırkı müqaviləsi başa çatdıqdan sonra da əməkdaşlığı davam etdirmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano ABŞ klubundakı mənbəyə istinadən məlumat yayıb:

“Leo ilə müqavilə 2025-ci ilin sonuna kimidir. Həqiqət budur ki, hər iki tərəf əməkdaşlığı davam etdirməkdə maraqlıdır, bunun üçün zəruri addımlar artıq atılır”.

2025-ci ildə Messi bütün turnirlərdə Florida klubunun heyətində 24 oyunda 16 qol və 6 assistlə yadda qalıb.

Seçilən
5
33
publika.az

10Mənbələr