"İnter Mayami"nin futbolçusu Luis Suares dekabrın 31-də klubdan ayrılacaq.
QOL.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
38 yaşlı forvard MLS təmsilçisi ilə müqaviləsini yeniləməyəcək. Onun karyerasını başa vuracağı gözlənilir.
Uruqvaylı 2024-cü ilin yanvarından "İnter Mayami"də çıxış edir. O, 34 qolla klub tarixində ən çox qol vuran ikinci oyunçu adını qazanıb.
Bu mövsüm Suares bütün yarışlarda 25 matçda 9 qol vurub və 10 məhsuldar ötürmə edib.