EN

AQTA rəsmisi: Cari ilin ilk 5 ayında qida zəhərlənmələrinin 60%-dən çoxu məişət zəmnində baş verib

Azərbaycanda cari ilin ilk 5 ayı ərazində baş verən qida zəhərlənmələrinin 60%-dən çoxu məişət zəmnində baş verib.

Bunu "Report"a açıqlamasında AQTA-nın qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova deyib.

Onun sözlərinə görə, hər il 600 milyona yaxın insan qida mənşəli xəstəliyə məruz qalır, 400 mini bu səbəbdən vəfat edir:

"Statistikalar göstərir ki, dövriyyədə olan qidanı belə normalara uyğun saxlamadan istehlak etsək, qida zəhərlənmələri baş verə bilər. Bunun üçün gigiyenik qaydalara riayət etmək lazımdır. İstifadə edilən qidaların təzə olmasına və yararlıq müddətinə baxılmalıdır. Xüsusilə, ət məhsullarının 65 dərəcəyədək yaxşı bişirilməsi tövsiyə olunur. Qidanı istehlak edəcəyimiz qədər hazırlamalıyıq. Bu həm israfçılığın qarşısını alacaq, həm də qida zəhərlənməsinin qarşısını ala biləcək".

Bir neçə gün bundan öncə Tovuzda baş verən kütləvi zəhərlənmələrə diqqət çəkən AQTA rəsmisi qeyd edib ki, ictimai-iaşə müəssisələrində qida zəhərlənmələrinə rast gəlinir:

"Müəssisələr istifadə edəcəkləri ət məhsuallarını baytarlıq-sanitariya ekspertizasından keçirilməlidir. Dönər ətinin yaxşı bişirilməsi növbəti vacib məqamdır".

V.Sadıxova qeyd edib ki, bu sahədə çalışan işçilər işə qəbul olunmazdan əvvəl və dövri müayinələrdən keçməlidirlər.

"İstifadə olunan avadanlıqlar dezinfeksiya edilməlidir. Müəssisəsinin sanitar-gigiyenik vəziyyətinə diqqət edilməsi vacibdir. Dönər kimi geniş istehlak edilən məhsulların həm təhülkəsiz hazırlanması, həm də satışı təkcə qanunvericiliyin tələbi deyil, sosial öhdəlikdir. Bu səbəbdən hər bir qida obyektini bu məsuliyyəti dərk etməyə və istehlakçıları daha diqqətli olmağa dəvət edirik", - deyə o, vurğulayıb.

MƏLUMAT YENİLƏNİR

Chosen
74
50
report.az

10Sources