Ürək-damar xəstəlikləri dünyada ölüm hallarının əsas səbəblərindən biri sayılır. Amma bu xəstəliklərin çox vaxt gizli, açıq şəkildə büruzə verməyən simptomları onların vaxtında aşkarlanmasını çətinləşdirir. Əksər insanlar yalnız ciddi ağırlaşmalar baş verdikdə problemin fərqinə varırlar.
Ürək-damar xəstəliklərinin simptomları hansılardır?
Mövzu ilə bağlı kardioloq Fərqanə Mahmudova Operativ Media-ya açıqlama verib.
O, bildirib ki, ürək-damar xəstəliklərinin uğurlu müalicəsi erkən diaqnostikadan asılıdır:
"Bu səbəbdən erkən və gizli simptomları bilmək çox vacibdir. Nəzərə almaq lazımdır ki, bu xəstəliklər həmişə sinə ağrısı kimi klasik simptomlarla müşahidə olunmur. Hətta metak infarktının qastral formasında ağrılar sinədə yox, epik astro nahiyədə olur və qusma,ürəkbulanma ilə müşahidə olunur. Şəkərli diabet xəstələrində ağrı ümumiyyətlə müşahidə olunmaya bilər.
Ürək-damar xəstəliklərinin əsas gizli simptomları, barmaqların deformasiyası (dırnaqların formada olması), kusantomalar - dəridə piy toxumasının yığılmasıdır (çox vaxt yuxarı qövs qapağının səthində meydana gəlir). Bu adətən şəxslərdə hiperxorestemiyanın yarandığını göstərir. Qocalıq qövsüdə hiperxorestemiyanın göstərən simptomdur. Boz halqadır. 45 yaşdan yuxarı 45 faiz insanlarda qocalıq qövsünə rast gəlinir”.
Ürək-damar sisteminin simptomları:
•Səbəbsiz yorğunluq
•Fiziki aktivlik zamanı tez yorulma
•Səbəbsiz tərləmə (xüsusən soyuq tərləmə)
•Yüngül başgicəllənmə və ya halsızlıq
•Ürək döyüntüsündə nizamsızlıq (aritmiya)
•Nəfəs darlığı (xüsusən sakit halda)
•Səbəbsiz sinə nahiyəsində sıxılma və ya yüngül ağrı
•Boyun, çənə, qol və ya bel nahiyəsində narahatlıq
•Yüngül ürəkbulanma və ya həzm problemləri
•Yuxu pozuntuları (xüsusən yuxu apnesi)