Əksəriyyət yorğunluq, nəfəs darlığı, yuxusuzluq və iştahanın itməsini sadəcə gündəlik stress və yorğunluqla əlaqələndirir. Halbuki bu əlamətlər gizli ürək problemlərinin xəbərçisi ola bilər. “Skandinaviya Sağlamlıq Mərkəzi”nin kardioloqu İvan Yefremkin “Gazeta.Ru”ya verdiyi açıqlamada heç vaxt laqeyd yanaşılmamalı olan əlamətləri sadalayıb.❗ Tipik olmayan, amma təhlükəli əlamətlər:🫀 Ürək tutmaları və işemik xəstəliklər həmişə sinə ağrısı ilə müşahidə olunmur. Bir çox insanda bunlar əvəzinə:Tükənmişlik hissiÜrəkbulanma və qıcqırmaÇənə, çiyin, bel və ya qarında ağrıQuru öskürək və boğazda “düyün” hissiBaşgicəllənmə və qəfil huşsuzluqNəfəs darlığı ilə özünü göstərə bilər.Ən təhlükəlisi isə odur ki, hər iki infarktdan biri simptomsuz və ya zəif ifadə olunmuş şəkildə keçə bilər.🛌 Gizli ürək xəstəliklərinin 6 əsas əlaməti:1️⃣ Yuxu pozğunluqlarıXroniki yuxusuzluq orqanizmdə kortizol səviyyəsini artırır, bu isə hipertoniya və damar iltihabına səbəb olur. Tez-tez gecə oyanmaları, xorlama, nəfəsin dayanması (apnoe) və ödem ürək patologiyalarının siqnalıdır.2️⃣ Daimi yorğunluqZəifləmiş ürək toxumalara kifayət qədər oksigen ötürə bilmir. Bu səbəbdən adi fiziki fəaliyyət belə həddindən artıq yorğunluq doğurur.3️⃣ Yaddaş və diqqət pozğunluqlarıBeynin qanla zəif təchiz olunması unutqanlıq, konsentrasiya çətinliyi və yavaş reaksiyalara səbəb olur. Qulaqcıq fibrillyasiyası zamanı kognitiv geriləmə riski 39% artır.4️⃣ BaşgicəllənməQan axınının pozulması əvvəlcədən huşsuzluq hallarına, göz qarşısında “muncuqların” görünməsinə, qulaqda uğultuya səbəb olur. Bəzən bu, yeganə xəbərdaredici siqnaldır.5️⃣ Nəbzdə dəyişikliklərÇox yavaş (<50 zərbə/dəq), çox sürətli (>100 zərbə/dəq istirahətdə) və ya nizamsız nəbz bradikardiya, taxikardiya və ya aritmiyanın göstəricisi ola bilər – ağrı olmasa belə, həkimə müraciət şərtdir.6️⃣ Çəki və iştahda dəyişikliklərSürətli arıqlama kaheksiyaya səbəb ola bilər. Əzələ itkisi isə çox vaxt irəliləyən ürək çatışmazlığını müşayiət edir. Kəskin çəki artımı isə orqanizmdə maye tutulmasının göstəricisidir.📍 Bu simptomlardan bir neçəsi varsa, dərhal kardioloqa müraciət edin:YorğunluqNəfəs darlığıYuxusuzluqÖdemÜrək döyüntülərində pozğunluqNəbz dəyişiklikləriİştah və çəki dəyişməsiYaddaş zəifləməsiSimptomlar zəif də olsa, laqeyd yanaşmaq olmaz!🔬 Diaqnostika və müayinə necə aparılır?Kardioloji risklərin qiymətləndirilməsi üçün:Qan təzyiqi və nəbz ölçülməsiQan analizi (lipid profili, qlükoza, C-reaktiv zülal)EKQ (elektrokardioqramma)Zəruri hallarda əlavə:Sutkalıq monitorinqÜrəyin USM-i (ExoKQ)Yük testləri (velotrenajor, tredmil-test)BNP və ya NT-proBNP – ürək çatışmazlığının biomarkeriÜrəyin MRT-si – miokardın strukturu, iltihab və gizli işemiyanın aşkarlanmasıMSKT-koronaroqrafiya – damar daralmasının və kalsium miqdarının dəqiq qiymətləndirilməsiBoyun arteriyalarının dupleks/tripleks skan edilməsi – beyin damarlarının və ümumi aterosklerozun dəyərləndirilməsi🧬 SCORE2 və digər xüsusi risk qiymətləndirmə cədvəlləri də istifadə olunur. Həkimlər həmçinin ailəvi anamnezi – yaxın qohumlarda erkən yaşda ürək xəstəliklərini də nəzərə alır. Müasir skrininq texnologiyaları xəstəliyi ağırlaşmadan əvvəl aşkarlamağa imkan verir.Ulusum.az50> Diqqət Çəkənlər
Bu gün Aşuradır
Alman politoloqdan xəbərdarlıq: Tramp Ukraynanı Avropanın "boynuna qoyur"
Sözün gücü: “TRT World” Nyu-York festivalında beynəlxalq uğura imza atdı