EN

Şantajla 35 min manat mənimsəməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Sona Əhmədovanın cinayət işı üzrə məhkəmənin yekun prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Sona Əhmədova 6 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı onun 7 il azadlıqdan məhrum edilmasini istəyib.

Qeyd edək ki, ittihama görə, təqsirləndirilən şəxs iş yoldaşı Tavat Bayramova vasitəsilə zərərçəkən Xavər Babayevaya 3 min manat faizə pul verib. Ancaq Xavər Babayeva həmin borcu geri ödəyə bilməyib. Bundan sonra S.Əhmədova zərərçəkənə şəkilləri ilə hədə-qorxu gələrək ondan müxtəlif vaxtlarda 35 min manat pul alıb.

Sona Əhmədovaya Cinayət Məcəlləsinin 182.2.4 (hədə qorxu ilə tələb etmə külli miqdarda olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Chosen
36
50
apa.az

10Sources