Bakı. Trend:
Kişinyovda Moldova və Avropa İttifaqının regiona əməkdaşlıq vədəstək üzrə birinci sammitinin yekunları üzrə birgə bəyannaməimzalanıb.
Trend-inməlumatına görə, sammitdə Moldova prezidenti Maya Sandu,Parlamentin sədri İqor Qrosu, Baş nazir Dorin Reçan, həmçininAvropa İttifaqı Şurasının prezidenti Antonio Kosta və AvropaKomissiyasının sədri Ursula fon der Lyayen iştirak ediblər.
"Aİ Moldova ilə siyasi və strateji əməkdaşlığı, o cümlədənAİ-Moldova sammitlərinin müntəzəm təşkili yolu ilə sürətləndirəcəkvə dərinləşdirəcək", - deyə bəyannamədə bildirilib.
Sənəddə müxtəlif sahələrdə - ədliyyə; nəqliyyat, energetika,rəqəmsallaşma; rəqabət qabiliyyəti, sosial sahə; təhsil; gənclərsiyasəti: uşaqların müdafiəsi və s. sahələr üzrə bir sıra tədbirlərvə addımlar nəzərdə tutulub.
Sənədə əlavədə vurğulanıb ki, Aİ-nin Moldovaya müdafiəimkanlarının modernləşdirilməsində dəstəyi, o cümlədən 2025-ci ildəAvropa Sülh Fondu ((EPF) büdcəsindən 60 milyon avro ayrılması və2026-cı ildə EPF vasitəsilə gələcək dəstək vasitəsilə davametdiriləcək.
Moldova “Avropa istəklərinə uyğun olaraq və qaydalara əsaslananbeynəlxalq nizamı müdafiə etmək üçün bu müsbət tendensiyanısaxlamaq əzmini” bir daha təsdiqlədi.