AZ

Ülvi Səfərov: Rusiya hələ də SSRİ nin dağılmadığını, sadəcə sərhədlərinin dəyişdiyini düşünür

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Rusiya azərbaycanlıların informasiya almaq hüququnu pozur".

Bu fikirləri Oxu.Az-ın baş redaktoru Ülvi Səfərov Baku TV-nin "Aktual gündəm" verilişində bildirib.

O, Rusiya tərəfindən Azərbaycan mətbuatına qarşı edilən bloklamaların arxasında yalnız bir informasiya cəbhəsinin müdafiəsi yox, həm də daha dərin bir strateji narahatlığın dayandığını qeyd edib.

Ü.Səfərov bildirib ki, Rusiyanın belə bir addımı atmasının səbəbi, daha çox siyasi manipulyasiya və informasiya mübarizəsi ilə bağlıdır. "Artıq 30 ildən çoxdur ki, Sovet İttifaqı yoxdur. Amma Moskvada bu reallığı qəbul etmək, bir növ, onların təfəkküründə çətinlik yaradır. Onlar hələ də SSRİ-nin dağılmadığını, sadəcə sərhədlərinin dəyişdiyini düşünürlər. Bu, psixoloji bloklama ilə bağlı bir məsələyə çevrilib".

Ülvi Səfərov Rusiyanın hələ də sovet dönəminin idarəetmə mərkəzindəki güc dinamikalarını qorumağa çalışdığını bildirib. O, Rusiyanın alternativ fikirləri susdurma təşəbbüslərini, məhz bu mühafizəkar təfəkkürdən irəli gəldiyini deyib: "Rusiya, faktiki olaraq, müharibə aparmır, xüsusi əməliyyatlar həyata keçirir. Amma bu, müharibə deyilmi? Elə isə niyə alternativ fikirlər bloklanır? Bunu anlamaq çətindir".

Baş redaktor Rusiyanın Azərbaycanın mətbuat orqanlarını bloklama qərarını almasının əsas səbəblərindən birinin də bu cür alternativ fikirlərin Rusiyada yayılan məlumatların qarşısını almaq olduğunu deyib.

"Alternativ fikirlər Rusiya oxucusuna çatmasın deyə, ən optimal metodları seçirlər. Bu, təbii ki, onların qısa yoludur - düyməni sıxıb, bloklamaq", - deyə vurğulayıb.

Ü.Səfərov Rusiya rəsmilərinin, xüsusilə bu ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova və Kreml sözçüsü Dmitri Peskovun açıqlamalarına da münasibət bildirib.

"Rəsmi olaraq deyirlər ki, üçüncü qüvvə bizim aramızı vurub. Bəs bu "üçüncü qüvvə" kimdir? Belə bir qüvvə yoxdur. Rusiyada mətbuatı bloklayanlar özləridir. Nə üçün belə danışılır? Bu, sadəcə, rəsmi don geyindirmək üçün bir addımdır", - deyə o qeyd edib.

O, Zaxarovanın və Peskovun verdiyi açıqlamalarda təmkinli və manipulyasiya məqsədi güdən bir yanaşmanın olduğunu bildirib. "Bu açıqlamaların hamısı bir don geyindirmə prosesidir. Məsələn, bir şəxs öldürülür və buna münasibət bildirirsiniz, amma onu "demarş' kimi təqdim edirsiniz. Bu, bəs necə ola bilər?", - deyə baş redaktor əlavə edib.

Zəngəzur dəhlizinin və Rusiyanın Qafqazda artan təsirsizliyinə də toxunan Ülvi Səfərov qeyd edib ki, Rusiyanın Qafqazdakı gücü artıq sıfırlanıb. "Rusiya artıq Qafqazda öz təsirini itirib. Bu, çox önəmli bir dəyişikliyin göstəricisidir. Azərbaycan və Ermənistan artıq danışıqlar apardıqlarını açıqladılar. Rusiya üçün bu, böyük bir itki oldu", - deyə Səfərov fikrini yekunlaşdırıb.

Ülvi Səfərov: "Rusiya hələ də SSRİ-nin dağılmadığını, sadəcə sərhədlərinin dəyişdiyini düşünür"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
50
oxu.az

10Mənbələr