EN

ABŞ və İranı diplomatiyaya üstünlük verməyə çağırırıq - XİN

Amerika Birləşmiş Ştatlarının İran İslam Respublikasındakı nüvə obyektlərini hədəfə alan hərbi əməliyyatlarından sonra vəziyyətin daha da gərginləşməsindən dərin narahatlığımızı ifadə edirik.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ-ın İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanatında bildirilib.
"Bütün tərəfləri təmkinli olmağa, vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə, mövcud problemlərin həlli üçün dialoq və diplomatiyaya üstünlük verməyə çağırırıq", - deyə bəyanatda bildirilib.

Chosen
12
49
unikal.az

10Sources