AZ

Azərbaycanın Xarici İşlər Nazirliyi ABŞ nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb

ain.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb.

Bu barədə AZƏRTAC-a XİN-dən məlumat verilib.

Bəyanatda Amerika Birləşmiş Ştatlarının İran İslam Respublikasındakı nüvə obyektlərini hədəfə alan hərbi əməliyyatlarından sonra vəziyyətin daha da gərginləşməsindən dərin narahatlıq ifadə olunub.

“Bütün tərəfləri təmkinli olmağa, vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə, mövcud problemlərin həlli üçün dialoq və diplomatiyaya üstünlük verməyə çağırırıq”,- deyə bəyanatda qeyd olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
14
yeniazerbaycan.com

10Mənbələr