AZ

Azərbaycan XİN ABŞ və İranı diplomatiyaya üstünlük verməyə çağırdı


Amerika Birləşmiş Ştatlarının İran İslam Respublikasındakı nüvə obyektlərini hədəfə alan hərbi əməliyyatlarından sonra vəziyyətin daha da gərginləşməsindən dərin narahatlığımızı ifadə edirik.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanatında bildirilib.

"Bütün tərəfləri təmkinli olmağa, vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə, mövcud problemlərin həlli üçün dialoq və diplomatiyaya üstünlük verməyə çağırırıq", - deyə bəyanatda bildirilib.

Xatırladaq ki, ötən gecə ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

ZÜMRÜD

Seçilən
0
19
baki-xeber.com

10Mənbələr