İran Təl-Əvivin Ben Qurion Beynəlxalq Hava Limanı da daxil olmaqla, İsrail hərbi obyektlərinə raket və PUA-larla hücum edib.
AzPost bildirir ki, bu barədə İran dövlət televiziyasının yaydığı bəyanatda deyilir.
“Doğru vəd 3″ əməliyyatının 18-ci dalğası Ben Qurion hava limanında və ölkənin digər ərazilərində İsrail ordusunun hərbi hədəfləri və əməliyyat dəstək mərkəzlərinin müvəffəqiyyətlə məhv edilməsi ilə başa çatıb. Əməliyyat çoxlu sayda Şahed-136 döyüş pilotsuz uçan aparatlarından, həmçinin yüksək dəqiqliyə malik bərk və maye yanacaqlı raketlərdən istifadə etməklə həyata keçirilib”, – deyə SEPAH bildirib.