AZ

İran Ben Qurion hava limanı da daxil olmaqla İsrailin hədəflərini vurub

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

İran Tel-Əvivdəki Ben Qurion beynəlxalq hava limanı da daxil olmaqla İsrailin hərbi obyektlərinə raketlər və pilotsuz təyyarələrlə hücum edib.

Bizimyol.info xəbər verir ki, bu barədə İran dövlət televiziyası tərəfindən yayılan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında deyilir.

“Doğru vəd 3 əməliyyatının 18-ci dalğası Ben Qurion hava limanında və ölkənin digər ərazilərində İsrail ordusuna hərbi hədəflərin və operativ dəstək mərkəzlərinin uğurla məhv edilməsi ilə başa çatıb. Əməliyyat çoxlu sayda “Shahed-136” döyüş pilotsuz uçan aparatlarından, həmçinin bərk və maye yanacaqla işləyən yüksək dəqiqlikli raketlərdən istifadə edilərək həyata keçirilib”, – deyə SEPAH iddia edib.

İyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramına qarşı yönəlmiş “Rising Lion” əməliyyatına başlayıb. Bir gün keçməmiş İslam Respublikası cavab hücumu həyata keçirib. Sonrakı günlərdə ölkələr arasında zərbələr mübadiləsi davam edib. Hər iki tərəf bir sıra hədəflərin vurulduğunu etiraf edərək, hücumlar zamanı itki və xəsarət alanlar barədə məlumat verib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
4
icma.az

10Mənbələr