AZ

İran Ben Qurion hava limanını vurdu

İran Silahlı Qüvvələrinin tərkibindəki İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin hərbi hədəflərinə, o cümlədən Təl-Əvivdəki Ben Qurion Beynəlxalq Hava Limanına raket və dronlarla zərbə endirdiyini açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, SEPAH-ın İran dövlət televiziyasında yayımlanan bəyanatında bildirilib:
“‘Həqiqi Vəd 3″ əməliyyatının on səkkizinci mərhələsi Ben Qurion hava limanı və digər bölgələrdəki İsrail silahlı qüvvələrinin hərbi hədəfləri və əməliyyat dəstək mərkəzlərinin uğurla məhv edilməsi ilə başa çatdı. Əməliyyatda çoxsaylı “Şahed-136” döyüş dronlarından, eləcə də yüksək dəqiqlikli raketlərdən istifadə olunub.”
Seçilən
8
tribunainfo.az

1Mənbələr