EN

Muxtar Respublikada xarici ticarət dövriyyəsi azaldı

BAKI, 19 iyun. TELEQRAF

Naxçıvanda xarici ticarət dövriyyəsi azalıb, ixrac isə artıb.

Teleqraf xəbər verir ki, cari ilin yanvar-may aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 48 milyon 879 min 270 dollar təşkil edib.

Ticarət dövriyyəsinin 4 milyon 744 min 530 dolları və ya 9,7 faizi ixrac olunan məhsulların, 44 milyon 134 min 740 dolları və ya 90,3 faizi isə idxal məhsullarının dəyərindən ibarətdir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 13,6 faiz azalıb. Bu dövrdə idxal 15,5 faiz azalıb, ixrac isə 9,3 faiz artıb.

Chosen
26
50
teleqraf.com

10Sources