EN

Mançester Yunayted in futbolçusu Napoli yə keçə bilər

Sportal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Mançester Yunayted"in futbolçusu Ceydon Sanço karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Napoli" İngiltərə millisinin üzvünü transfer etmək istəyir. Bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.

Sanço İtaliya çempionu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "Mançester Yunayted" 25 yaşlı ön xətt oyunçusu üçün 25 milyon avro tələb edir.

Qeyd edək ki, Ceydon Sanço başa çatan mövsümdə icarə əsasında "Çelsi"nin formasını geyinib. O, "mavilər"in heyətində meydana çıxdığı 42 rəsmi matçda 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
39
21
sportal.az

10Sources