EN

Sabirabadda klinika yandı -VİDEO


Sabirabadda klinika yanır.

Medicina.az APA-ya istinadən xəbər verir ki, yanğın hadisəsi Sabirabad şəhərinin mərkəzində yerləşən “Muğan” klinikasında yanğın çıxıb.

Hazırda yanğının söndürülməsinə FHN Sabirabad Yanğından Mühafizə xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

***

FHN-in mətbuat xidmətindən bildirilib ki, “112” qaynar telefon xəttinə Sabirabad rayonunda klinikada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birmərtəbəli klinikanın dam örtüyündə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.






Chosen
26
10
medicina.az

10Sources