Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabirabad rayonunda klinikada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən xəbərə görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birmərtəbəli klinikanın dam örtüyündə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
17:00
Sabirabadda klinika yanır.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, yanğın hadisəsi Sabirabad şəhərinin mərkəzində yerləşən “Muğan” klinikasında baş verib.
Hazırda yanğının söndürülməsinə FHN Sabirabad Yanğından Mühafizə xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub.