AZ

Sabirabadda klinika yandı -VİDEO/FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sabirabad rayonunda klinikada yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Senzor.az bildirir ki, bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

 

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Sabirabad şəhərinin mərkəzində yerləşən birmərtəbəli “Muğan” klinikasının dam örtüyündə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


Seçilən
16
10
senzor.az

10Mənbələr