AZ

Sabirabadda “Muğan” klinikasında baş verən yanğın söndürülüb - FOTOLENT - VİDEO - YENİLƏNİB2

Yanğın hadisəsi bu gün saat 16.30 radələrində Sabirabad şəhərinin Muğan prospektində yerləşən “Muğan” klinikasında baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yanğının söndürülməsinə FHN-in Sabirabad, İmişli, Saatlı və Şirvan Yanğından Mühafizə Hissələrinin 6 avtomobili və 30 nəfər canlı qüvvəsi cəlb olunub.

Yanğının güclənməsinə və tez bir zamanda klinikanın ərazisini əhatə etməsinə küləkli hava səbəb olub.

Yanğın nəticəsində klinikanın 1000 kv.metr ərazisi tamamilə yanıb. Eyni zamanda klinikanın daxilində olan müasir tipli yüksək dəyəri olan tibbi avadanlıqlar və ləvazimatlar yanaraq sıradan çıxıb.

Tibbi preparatlar və digər avadanlıqlar da yanaraq yarasız hala düşüb. Klinika sahibinə külli miqdarda ziyan dəyib.

İlkin ehtimala görə yanağına kondisionerlərdən birində baş verən qısaqapanma səbəb olub.

***

18:34

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabirabad rayonunda klinikada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birmərtəbəli klinikanın dam örtüyündə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

18:09

Xəbərə fotolar əlavə edilib.

***

17:07

Xəbərə video əlavə edilib.

***

16:52

Sabirabadda klinika yanır.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yanğın hadisəsi Sabirabad şəhərinin mərkəzində yerləşən “Muğan” klinikasında baş verib.

Hazırda yanğının söndürülməsinə FHN Sabirabad Yanğından Mühafizə xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Sabirabadda Sabirabadda Sabirabadda Sabirabadda Sabirabadda
Seçilən
16
1
apa.az

10Mənbələr