Sabirabadda klinikada baş verən yanğın söndürülüb.
Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, Nazirliyin "112" qaynar telefon xəttinə Sabirabad rayonunda klinikada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birmərtəbəli klinikanın dam örtüyündə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Telegram kanalımız