EN

Hacıqabulda maşın aşıb, bir nəfər xəsarət alıb

Hacıqabulda minik maşını aşıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb.

Şahbuz rayon sakini, 1997-ci il təvəllüdlü Rahib İsmayılovun idarə etdiyi minik maşını yoldan çıxaraq aşıb. Müxtəlif xəsarətlər alan sürücü Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparıllr.

Chosen
76
4
apa.az

6Sources