AZ

Pirsaat kəndində avtomobil aşıb, sürücü xəstəxanaya yerləşdirilib

Hacıqabulda minik maşını aşıb.

Busaat.az APA.az-a istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb.

Şahbuz rayon sakini, 1997-ci il təvəllüdlü Rahib İsmayılovun idarə etdiyi minik maşını yoldan çıxaraq aşıb. Müxtəlif xəsarətlər alan sürücü Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparıllr.

Seçilən
55
4
busaat.az

6Mənbələr