Ajans.az apa-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb. Şahbuz rayon sakini, 1997-ci il təvəllüdlü Rahib İsmayılovun idarə etdiyi minik maşını yoldan çıxaraq aşıb. Müxtəlif xəsarətlər alan sürücü Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparıllr.