Vaşinqton Pekindən İranla bağlı təminat aldı
BAKI, 17 may. TELEQRAF ABŞ rəsmiləri Donald Trampın Çinə dövlət səfəri zamanı Pekinin İrana maddi yardım göstərməyəcəyinə dair təminat verdiyini bildiriblər. Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir açıqlama verib. Onun sözlərinə görə, Tramp Çin nümayəndələri ilə görüşdə əsas diqqəti Pekinin Tehrana dəstək verməməsi məsələsinə yönəldib.