AZ

Tramp İrana “çox çətin günlər” vəd etdi...

...ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər İran Vaşinqtonla razılığa gəlməsə, “çox çətin vəziyyətdə qalacaq”.

SİA bu barədə amerikalı prezidentin BFMTV-yə verdiyi telefon müsahibəsinə istinadən məlumat verir.

Tramp iki tərəfin tezliklə razılığa gəlib-gəlməyəcəyini bilmədiyini bildirib.

Lakin o, Tehranın razılığa gələcəyi təqdirdə nəticələrlə üzləşəcəyini açıq şəkildə bildirib.

...Bilmirəm ki, onlar razılığa gələcəklər. Əgər gəlməsələr, onları çox çətin bir dövr gözləyir, çox çətin bir dövr. Yaxşı olar ki, razılaşma əldə etsinlər.

Bunu Tramp deyib.

Əli Babayev

Seçilən
41
1
sia.az

2Mənbələr