AZ

İranda avtobus aşdı: ölənlər var

İranın Buşehr vilayətində sərnişin avtobusu aşıb.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə nəticəsində  8 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.

Qəza vilayətin Bəndər Kəngan şəhərində baş verib. Məlumata görə, Asəluye-Kəngan marşrutu üzrə hərəkət edən sərnişin avtobusu Siraf körpüsü yaxınlığında idarəetmədən çıxaraq aşıb. Yaralılara hadisə yerində ilk tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib.

Seçilən
55
1
bakivaxti.az

3Mənbələr