AZ

ABŞ İrana ŞƏRT QOYDU: BƏƏ hərəkətə keçdi

ABŞ İranla nizamlanma prosesinin davam etdirilməsi üçün beş şərt irəli sürüb.

KONKRET.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Məlumata görə, Vaşinqtonun təqdim etdiyi sənəddə İran ərazisinin bombardmanı nəticəsində dəyən ziyana görə kompensasiya tələbindən imtina edilməsi, 400 kiloqram zənginləşdirilmiş uranın İrandan ABŞ-a çıxarılması və ölkədə yalnız bir fəaliyyət göstərən nüvə obyektinin saxlanılması kimi tələblər yer alıb.

Bundan əlavə, ABŞ-ın İranın dondurulmuş vəsaitlərinin yalnız 25 faizini azad etməyə hazır olduğu bildirilir. Sənəddə həmçinin Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin dayandırılması məsələsinin danışıqlar zamanı həll edilməsinin vacibliyi vurğulanıb.

Bu arada Birləşmiş Ərəb Əmirlikləri hakimiyyəti Əbu-Dabidə yerləşən atom elektrik stansiyası yaxınlığında yanğın baş verdiyini açıqlayıb. Rəsmi məlumata əsasən, yanğın pilotsuz uçuş aparatının hücumu nəticəsində yaranıb. BƏƏ rəsmiləri insidentin radiasiya təhlükəsizliyinə təsir göstərmədiyini bildiriblər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
31
konkret.az

1Mənbələr