AZ

Suriya və ABŞ prezidentləri telefonla danışdılar

Suriya Prezidenti Əhməd əş-Şaraa ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Musavat.com xəbər verir ki, bu barədə Suriya liderinin mətbuat xidməti məlumat yayıb. Tərəflər ikitərəfli münasibətləri və Yaxın Şərqdə baş verən son hadisələri müzakirə ediblər.

Söhbət zamanı Əhməd əş-Şaraa qarşılıqlı maraq doğuran məsələlər üzrə təmasların və koordinasiyanın davam etdirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu, regionda təhlükəsizlik və sabitliyin möhkəmlənməsinə töhfə verə bilər.

Suriya prezidenti həmçinin ABŞ-nin qalan sanksiyaları ləğv etməsinin ölkədə iqtisadi fəallığın bərpası və suriyalıların həyat şəraitinin yaxşılaşması üçün mühüm addım olduğunu bildirib.

ABŞ prezidenti Donald Tramp isə Suriyada və regionda baş verən prosesləri izləməkdə maraqlı olduğunu, həmçinin ölkənin bərpası prosesini dəstəklədiyini ifadə edib.

 

Musavat.com

Seçilən
19
2
musavat.com

6Mənbələr