AZ

Suriya və ABŞ liderləri arasında telefon danışığı

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

Suriya liderinin mətbuat xidməti bildirib ki, Suriya Prezidenti Əhməd əş-Şaraa ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Xəbəri “Anadolu” verib. 

İkitərəfli münasibətlər və Yaxın Şərqdəki son hadisələr müzakirə edilib. Söhbət zamanı əş-Şaraa qarşılıqlı maraq doğuran məsələlər üzrə əlaqələrin və koordinasiyanın davam etdirilməsinin vacibliyini qeyd edib ki, bu da regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə verir.

Bundan əlavə, Suriya lideri ABŞ-ın Dəməşqə qarşı qalan sanksiyalarının ləğvinin Suriyada iqtisadi aktivliyin bərpası və ölkə əhalisinin həyat şəraitinin yaxşılaşdırılması üçün vacib bir addım olduğunu vurğulayıb.

ABŞ prezidenti də, öz növbəsində, Suriyada və regionda baş verən hadisələri izləməkdə, eləcə də ölkənin yenidənqurma prosesinə dəstək verməkdə maraqlı olduğunu bildirib.

P.ƏMİRCANOV
XQ

Seçilən
1
2
xalqqazeti.az

6Mənbələr