AZ

Suriya və ABŞ prezidentləri arasında telefon danışığı olub

Əş-Şaraa və Tramp Yaxın Şərqdəki son vəziyyəti, ikitərəfli münasibətləri və Suriyanın bərpası məsələlərini müzakirə ediblər...

Poliqon xəbər verir ki, Suriya Prezidenti Əhməd  əş-Şaraa ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Suriya prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər ikitərəfli münasibətlərin hazırkı vəziyyətini, Yaxın Şərqdə baş verən son hadisələri və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Telefon danışığı zamanı Əş-Şaraa qarşılıqlı maraq doğuran mövzular üzrə əlaqələrin və koordinasiyanın davam etdirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, belə təmaslar regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə töhfə verə bilər.

Suriya lideri həmçinin ABŞ tərəfindən qüvvədə qalan sanksiyaların ləğvinin ölkə üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib. Onun sözlərinə görə, qalan məhdudiyyətlərin aradan qaldırılması Suriyada iqtisadi fəallığın bərpasına, investisiyaların artmasına və əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına şərait yarada bilər.

Öz növbəsində, Tramp Suriyada və ümumilikdə regionda baş verən prosesləri diqqətlə izləməkdə maraqlı olduğunu bildirib. ABŞ Prezidenti ölkənin bərpası və yenidən qurulması istiqamətində aparılan proseslərə dəstəyini ifadə edib.

Məlumata görə, tərəflər gələcəkdə də əlaqələrin davam etdirilməsi və regional məsələlər üzrə məsləhətləşmələrin genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar. Telefon danışığı Vaşinqton və Dəməşq arasında münasibətlərin inkişaf perspektivləri baxımından diqqət çəkən hadisə kimi qiymətləndirilir.

Poliqon.info

Seçilən
14
2
poliqon.info

6Mənbələr