AZ

Göyçayda 3 avtomobil toqquşub, yeniyetmə qız ölüb - FOTO

Göyçayda zəncirvarı avtomobil qəzası baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, bu gün saat 14.00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində “Opel” , KİA və “Chevrolet” markalı avtomobillər toqquşub.

Nəticədə, avtomobillərdən birində olan yeniyetmə qız aldığı xəsarətlərdən hadisə yerində ölüb, daha bir nəfər xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Göyçayda Göyçayda
Seçilən
0
10
apa.az

10Mənbələr