AZ

Üç maşın toqquşdu: Yeniyetmə qız öldü

Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində qəza baş verib.

"Cebheinfo.az" xəbər verir ki, hadisə bu gün saat 14 radələrində qeydə alınıb. 

Qəza zamanı “Opel” , “KİA” və “Chevrolet” markalı avtomobillər toqquşub. Nəticədə yeniyetmə sərnişin qız aldığı xəsarətlərdən hadisə yerində ölüb, xəsarət alan var.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

"Cebheinfo.az"

Seçilən
20
9
cebheinfo.az

10Mənbələr