AZ

Göyçayda 3 avtomobil toqquşub - ÖLƏN VAR

Göyçayda zəncirvarı avtomobil qəzası baş verib.
 
Sitat.info APA-ya istinadən xəbər verir ki, bu gün saat 14.00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində "Opel” , KİA və "Chevrolet” markalı avtomobillər toqquşub.
 
Nəticədə, avtomobillərdən birində olan yeniyetmə qız aldığı xəsarətlərdən hadisə yerində ölüb, daha bir nəfər xəsarət alıb.
 
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Seçilən
19
10
sitat.info

10Mənbələr