AZ

Göyçayda üç maşın toqquşdu: yeniyetmə qız öldü

Göyçayda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TVReport-a istinadla xəbər verir ki, bu gün saat 14 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində "Opel", KİA və "Şevrolet" markalı avtomobillər toqquşub. Nəticədə yeniyetmə (qız) sərnişin aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Seçilən
19
4
buta.tv

10Mənbələr