ain.az, Bizimyol saytına istinadən bildirir.
ABŞ hərbçiləri Vaşinqtonun İrana qarşı əməliyyatları yenidən başlatmaq qərarı verəcəyi təqdirdə istifadə oluna biləcək yeni hərbi hədəflər siyahısı hazırlayıblar.
Bizimyol.info xəbər verir ki, bu barədə NBC telekanalı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, söhbət İran ərazisində yerləşən, gizli mövqelərinə və yüksək müdafiə səviyyəsinə görə vurulması olduqca çətin olan obyektlərdən gedir. Bununla belə, telekanal qeyd edir ki, Pentaqonun belə bir siyahı hazırlaması ABŞ-ın yaxın vaxtlarda zərbə endirməyə hazırlaşdığı anlamına gəlmir.
Məlumatın verdiyi məlumata görə, siyahıda yer alan obyektlərə hücum edilib-edilməyəcəyi ABŞ prezidenti Donald Tramp administrasiyasının İranla danışıqlarla bağlı verəcəyi siyasi qərardan asılı olacaq.
Xatırladaq ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Aprelin 7-də Tramp İranla qarşılıqlı iki həftəlik atəşkəs elan edib. Aprelin 11-də Tehran və Vaşinqton İslamabadda danışıqlar aparsalar da, münaqişənin uzunmüddətli həlli ilə bağlı razılıq əldə olunmayıb.
Aprelin 21-də ABŞ lideri İranla atəşkəs rejiminin uzadılması niyyətində olduğunu bildirib. Mayın 19-da isə Tramp Vaşinqtonun növbəti həftənin əvvəlinədək diplomatiyaya şans verməyə hazır olduğunu və bu müddətdə hərbi əməliyyatların bərpasını təxirə saldığını açıqlayıb.
Mayın 23-də ABŞ prezidenti İranla gələcək saziş layihəsinin ümumilikdə razılaşdırıldığını desə də, ertəsi gün tərəflərin bəzi məsələlər üzrə yekun razılığa hələ gəlmədiyini vurğulayıb.
Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.