AZ

ABŞ Braziliyanın 2 cinayətkar qrupunu beynəlxalq terror təşkilatları siyahısına əlavə edib

ABŞ Dövlət Departamenti Braziliyanın 2 cinayətkar qrupunu beynəlxalq terror təşkilatları siyahısına əlavə etmək qərarına gəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubionun yazılı açıqlamasında bildirilib.

Qeyd olunub ki, ABŞ artıq “Comando Vermelho” ("Qırmızı Komando") və “Primeiro Comando da Capital” ("Birinci Paytaxt Komandosu") qruplarını terror təşkilatı hesab edir. Onlar iyunun 5-dən etibarən beynəlxalq terror təşkilatlarının siyahısına əlavə ediləcək. Bu isə cinayətkar qruplara, eləcə də onlarla əlaqəli şəxslərə və qurumlara qarşı sanksiyalar tətbiq etmək imkanı verir.

Rubio qeyd edib ki, CV və PCC Braziliyada ən zorakı cinayətkar qruplardan hesab olunur: “Onların minlərlə üzvü var, Braziliya polisinə, hökumət rəsmilərinə və mülki şəxslərə qarşı hücumlar təşkil edirlər. Onların təsiri və qanunsuz şəbəkələri Braziliyanın sərhədlərindən kənara çıxaraq bütün regionu, hətta ölkəmizi də təhdid edir”.

Cinayətkar qrupların terror təşkilatları siyahısına salınmasını tənqid edən Braziliya isə hökuməti hesab edir ki, Vaşinqtonun bu addımı ABŞ-nin ölkəyə mümkün müdaxiləsi üçün zəmin yaradır.

Seçilən
19
50
yeniazerbaycan.com

10Mənbələr