AZ

Neft yalnız bu halda sürətlə UCUZLAŞACAQ - Sabiq nazirdən ŞOK AÇIQLAMA

ABŞ ilə İranın atəşkəsi daha 60 gün uzadacağı barədə məlumat yayılıb. ABŞ və İranın atəşkəsin 60 gün uzadılmasını nəzərdə tutan anlaşma memorandumu ilə bağlı razılığa gəldiyi və İranın nüvə proqramıyla bağlı danışıqların başladığı mediada iddia edilib.

Bununla belə, ABŞ-nin iki yüksək rütbəli rəsmisi və vasitəçilik prosesində iştirak edən regional mənbənin sözlərinə görə, prezident Donald Tramp hələlik sazişə son təsdiqini verməyib.

“Prezident danışıqlar aparanlara işarə etdi ki, o, yekun qərar qəbul etməzdən əvvəl bir neçə gün düşünmək istəyir”, - ABŞ rəsmisi bildirib.

Son saatlarda gərginliyim yenidən artdığı barədə xəbərlər yayılıb. Hörmüz boğazında da stabilləşmə tam şəkildə əldə olunmayıb. Bu vəziyyət isə neft bazarında silkələnmələrə səbəb olur.

ozRIy3OLbeggXgkCCRdfyGpqilWTKMNjjO213aWU_1200.jpg

Azərbaycanın da iqtisadi maraqlarını nəzərə alaraq, bu mövzu ilə bağlı sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifova müraciət etdik.

FİKRET

Eks-nazir Musavat.com-a açıqlamasında bildirdi ki, son anlaşmada İranın nüvə proqramı ilə bağlı məsələnin necə əks olunduğu məlum deyil:

“Bu isə tərəflər arasında ən prinsipial məsələdir. Əldə edilən məlumatlar onu deməyə əsas verir ki, tərəflər arasında bu prinsipal məsələ üzrə hələlik heç bir razılıq yoxdur. Unutmayaq ki, bu müharibənin başlamasının başlıca səbəbi elə İranın nüvə silahına sahiblənməsinin qarşısını almaq idi. Əgər tərəflər indiyə günə qədər bu prinsipial məsələ ətrafında razılığa gələ bilməyiblərsə, deməli, hərbi münaqişənin bitməsi haqqında danışmaq yersizdir”.

F.Yusifovun fikrincə, nə qədər ki, İranda dövləti SEPAH idarə edir, İranın nüvə proqramından imtina etməsi mümkün olmayacaq:

“Yəni SEPAH bu məsələdə sona qədər dirəniş göstərəcək. Heç şübhəsiz ki, ABŞ rəhbərliyi bu gerçəyi çox yaxşı anlayır. Elə o səbəbdən də müharibənin bir qədər də uzanmasına şərait yaradır”.

Bəs ABŞ-nin müharibəni uzatmaqda məqsədi nədir?

Sabiq nazir: “Əslində Birləşmiş Ştatlar bir neçə gün ərzində bu müharibəni bitirmək imkanına malikdir. Lakin biz hər dəfə görürük ki, Tramp İrana bir-birinin ardınca “möhlət” verərək müharibənin uzanmasına şərait yaradır. Bu gün Hörmüz boğazını əks tərəfdən bağlayan ABŞ müharibənin vaxtını uzatmaqla iki mühüm məsələni həll etməyi hədəfləyir: birincisi, Birləşmiş Ştatlar neft satan körfəz ölkələrinə və bu nefti alan digər ölkələrə aydın şəkildə mesajlar verir ki, gəlin, bizim koalisiyaya qoşulun, İranla məsələni birlikdə yekunlaşdıraq!

Bu müharibəni bitirmək üçün ABŞ-nin heç bir ölkənin hərbi dəstəyinə ehtiyacı yoxdur. Lakin ABŞ-yə bu gün beynəlxalq qaydaları pozaraq, İsraillə birlikdə İrana qarşı başlatdığı bu müharibəyə hüquqi don geyindirmək lazımdır. Bu isə o halda mümkündür ki, İrana qarşı ABŞ-İsrail cütlüyü deyil, bütöv bir kolisiya müharibə etsin. İkincisi, ABŞ Hörmüz boğazını bağlamaqla yalnız İranın neft ixracını dayandırmayıb, boğazın bağlanması ilə İranın xarici ticarət əlaqələrinin 80%-dən çoxu kəsilib. Yəni İran bu gün neftdən dolayı heç bir məhsulu Hörmüz boğazı üzərindən nə sata bilir, nə də ölkənin ehtiyacı olan məhsulları idxal edə bilir. Neftin ixracının və digər məhsulların idxal-ixracının bu şəkildə dayandırılması ölkədə ərzaq və digər istehlak məhsullarının qiymətlərinin kəskin şəkildə artmasına səbəb olur. ABŞ Hörmüz boğazını bağladığı gündən bu günə qədər ötən müddətdə İranda elə məhsullar var ki, onların qiyməti 8-10 dəfə və daha çox bahalaşıb. Qiymətlər durmadan hər gün artmaqdadır. Bu vəziyyət çox davam edə bilməz. İranda insanlar yenidən ayağa qalxacaqlar - bunun alternativi yoxdur. Beləliklə, ABŞ Hörmüz boğazını bağlı saxlamaqla eyni zamanda İran daxilində ciddi bir etirazın yaranmasına yol açır. Prezident Tramp isə baş verəcək qarşıdurma zamanı insanların SEPAH-ın başkəsənlərinin qarşısına əliyalın çıxmaması üçün onları silahlandırmaq istiqamətində müəyyən işlərin görüldüyünü açıq şəkildə etiraf edir”.

naVZ658DwQqx0JNh1D9raMe4ge5dltyJNoS6WhP6_1200.jpg

Neft bazarında nə zaman sabitliyin yaranacağına gəldikdə, Fikrət Yusifov bildirdi ki, dünya bazarlarında neftin qiymətləri yalnız İranla müharibə bitdikdən sonra sürətlə aşağı düşəcək:

“Bunun nə qədər vaxtdan sonra baş verəcəyini dəqiq söyləmək mükün olmasa da, gedən proseslər onu deməyə əsas verir ki, müharibənin bitməsinə saylı günlər qalıb”.

Elşad Paşasoy,
Musavat.com

Seçilən
5
50
musavat.com

10Mənbələr