AZ

Konqoda Ebola böhranı: xəstələr izolyatordan qaçıb, epidemiya sürətlə yayılır

Konqo Demokratik Respublikasının (KDR) şimal-şərqində yerləşən xəstəxanada Ebolaya yoluxan xəstələrin saxlandığı izolyatora hücum nəticəsində 13 Ebola xəstəsi izolyatordan qaçıb.

Bu barədə “Radio Okapi” məlumat yayıb.

Məlumata görə, yoluxanların hazırkı yeri məlum deyil.

Bildirilir ki, Ebola müalicə mərkəzlərinin karantin mərkəzlərinə hücum edənlər xəstələrin yaxınları olub.

Bu arada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qhebreyesus vəziyyətin ciddi olduğunu bildirib.

Təşkilatın rəhbəri qeyd edib ki, hazırda Ebola xəstəliyindən 220 şübhəli ölüm qeydə alınıb və halların gec aşkarlanması səbəbindən cavab verən qurumlar artıq “geri qalaraq vəziyyəti çatmağa çalışırlar”.

“Biz təcili şəkildə fəaliyyətimizi genişləndiririk, lakin hazırda epidemiya bizi qabaqlayır”, — Tedros deyib.

O əlavə edib ki, epidemiya mərkəzi olan Konqo Demokratik Respublikasının sərhədlərində yerləşən ölkələr dərhal tədbir görməlidir.

Seçilən
21
25
apa.az

10Mənbələr