AZ

ÜST dən həyəcan TƏBİLİ: Ebola sürətlə yayılır

ain.az, Bizim media saytına istinadən bildirir.

Hazırda “Ebola”ya yoluxma şübhəsi olan 500-dən çox hal qeydə alınıb.Bizim.Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən Ümumdünya Səhiyyə Assambleyasının 79-cu sessiyasının iclasında bəyan edib.Onun sözlərinə görə, infeksiya səbəbindən 131 nəfər dünyasını dəyişib. Təşkilat virusun yayılma sürəti və miqyasından narahatlığını ifadə edib.

 

"Hazırda bizə "Ebola"ya 500-dən çox şübhəli yoluxma halı və 130-dan çox şübhəli ölüm faktı məlumdur", — deyə Qebreyesus bildirib.

Qeyd edək ki, Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri Konqo Demokratik Respublikasının şərqində "Ebola"dan ölənlərin sayının 136 nəfərə çatdığını bildirmişdi. Onların açıqlamasına görə, ehtimal olunan yoluxma hallarının sayı 336-ya çatıb.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
2
bizim.media

3Mənbələr