AZ

Samanta Mostin İlham Əliyevi Müstəqillik Günü ilə bağlı təbrik etdi

BAKI, 21 may. TELEQRAF

Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Müstəqillik Günü ilə bağlı təbrik edib.

Teleqraf xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına şəxsən öz adımdan, Avstraliya Hökuməti və xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Avstraliya ehtiyac duyulan zamanlarda, o cümlədən 2025-ci ildə vətəndaşlarımızın İrandan təxliyə olunmasına göstərdiyi köməyə görə Azərbaycana dərin minnətdarlığını bildirir.

Əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq münasibətləri gələcək illərdə də inkişaf edəcəkdir".

Seçilən
34
10
teleqraf.com

10Mənbələr