Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Missiya.Az xəbər verir ki, mətndə deyilir:"Zati-aliləri.Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına şəxsən öz adımdan, Avstraliya Hökuməti və xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.Avstraliya ehtiyac duyulan zamanlarda, o cümlədən 2025-ci ildə vətəndaşlarımızın İrandan təxliyə olunmasına göstərdiyi köməyə görə Azərbaycana dərin minnətdarlığını bildirir.Əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq münasibətləri gələcək illərdə də inkişaf edəcəkdir".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta