AZ

Avstraliya İttifaqının General-Qubernatoru Prezident İham Əliyevi təbrik edib

Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Məktubda deyilir:

 

"Zati-aliləri.

 

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına şəxsən öz adımdan, Avstraliya Hökuməti və xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

 

Avstraliya ehtiyac duyulan zamanlarda, o cümlədən 2025-ci ildə vətəndaşlarımızın İrandan təxliyə olunmasına göstərdiyi köməyə görə Azərbaycana dərin minnətdarlığını bildirir.

 

Əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq münasibətləri gələcək illərdə də inkişaf edəcəkdir".

 

Tarix: 21 May 2026, 16:41   
Seçilən
11
10
pravda.az

10Mənbələr