AZ

Aleksey İsayevdən ikiqat yubiley: 200 və 15

Aleksey İsayev Azərbaycan çempionatının yüksək dəstəsində 200-cü oyununu keçirib.

Apasport.az xəbər verir ki, “Sabah”ın yarımmüdafiəçisinin yubileyi Misli Premyer Liqasının XXXII turuna təsadüf edib.

O, “Neftçi” ilə ev matçına (1:2) start heyətində çıxıb.

Debütü 2018/19 mövsümündə “Sumqayıt” forması ilə gerçəkləşən Aleksey yubiley matçında qol sevinci də yaşayıb. Bu, yarımmüdafiəçinin 15-ci qolu olub.

O, Premyer Liqada 3 klubun formasını geyinib. İsayev “Sabah”da 118 (14 qol), “Qarabağ”da 44 (1 qol), “Sumqayıt”da 38 dəfə şans qazanıb.

Veliçko Kaplanoviç: “Xal qazana bilərdik”

Rəşad Sadıqov: “Start heyətini görəndə məyus oldum”

Valdas Dambrauskas: “Oynamaq asan deyildi”

Yuri Vernidub: “Bu gün çox xoşbəxt insanam”

“Zirə”dən vacib qələbə - YENİLƏNİB

Seçilən
6
8
apasport.az

10Mənbələr