AZ

ABŞ və İsrail İranı bombalamağa hazırlaşır

Xalqcebhesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ və İsrail İran ərazisinə mümkün zərbələrin bərpasına aktiv şəkildə hazırlaşır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə The New York Times (NYT) Yaxın Şərqdəki mənbələrinə istinadən yazır. Mənbələrin bildirdiyinə görə, bombardmanlar gələn həftə bərpa oluna bilər.

Qəzetin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın Çinə səfərindən sonra onun ən yaxın tərəfdarları İrana qarşı zərbələrin yenidən başlaması planını hazırlayıblar. Hazırlıqlar Trampın yeni hücumlar vasitəsilə münaqişədəki "çıxılmaz vəziyyətdən" çıxmağa çalışacağı təqdirdə tətbiq olunmaq üçün aparılır.

NYT-nin mənbələri dəqiqləşdirir ki, zərbələrin bərpası barədə qərar qəbul edilərsə, İranın hərbi obyektlərinin və infrastrukturunun bombardman edilməsi daha aqressiv xarakter daşıyacaq. Digər ssenari isə nüvə materiallarının axtarışı üçün xüsusi təyinatlı bölmələrin göndərilməsini nəzərdə tutur.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
13
icma.az

10Mənbələr