AZ

ABŞ və İsrail İrana hücumları bərpa edəcək

ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatları yenidən başlatmağa hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, İran gələn həftənin əvvəlində yeni hücumlara məruz qala bilər.

ABŞ Prezidenti Donald Trampın müşavirləri zərbələrin bərpası ilə bağlı planlar hazırlayıblar, lakin Ağ Ev hələ yekun qərar qəbul etməyib. Nəzərdən keçirilən variantlar arasında İranın bombardmanının gücləndirilməsi, eləcə də zənginləşdirilmiş uranın nüvə obyektlərindən çıxarılması məqsədilə xüsusi təyinatlı qüvvələrin iştirakı ilə yerüstü əməliyyatın keçirilməsi də var.

Seçilən
12
13
publika.az

10Mənbələr