AZ

Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT


ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatların yenidən başlamasına hazırlaşırlar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Onların məlumatına görə, İran gələn həftənin əvvəlində yeni hücumlara məruz qala bilər.
Nəşrin qeyd etdiyi kimi, ABŞ Prezidenti Donald Trampın müşavirləri zərbələri bərpa etmək üçün planlar hazırlayırlar.
Nəşrin məlumatına görə, Amerika liderinin nəzərdən keçirdiyi variantlar arasında İranın bombardmanını gücləndirmək və İranın nüvə obyektlərindən zənginləşdirilmiş uranı çıxarmaq üçün xüsusi qüvvələr tərəfindən yerüstü əməliyyatlar keçirmək var.
Seçilən
22
13
yeniavaz.com

10Mənbələr