AZ

Səkkiz boksçumuz turnirə qələbə ilə başladı

ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda 17 yaşadək yeniyetmə oğlan və qız boksçular arasında keçirilən "Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirinə start verilib.

Bu barədə Modern.az-a Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Bildirilib ki, səkkiz ölkənin qatıldığı yarışın ilk günündə 19 döyüş baş tutub.

Bakı Boks Mərkəzində keçirilən turnirə Azərbaycan millisinin səkkiz idmançısı qələbə ilə başlayıb. Yığmamızın heyətində Nihad Məmmədli (48 kq) komanda yoldaşı Əlmurad Kərimliyə (5:0), Amid Ələkbərov (63 kq) İsmayıl Aslanlıya (3:2), Məhəmməd Rüstəmov (63 kq) Amin Həsənzadəyə (4:1) qalib gəlib.

İsmayıl Nəsirzadə (52 kq) Matvey Şumyakovu (Estoniya, 5:0), Mirtahir Əhmədli (52 kq) Jalqas Abdraşovu (Qazaxıstan, 4:1), Əli Camalzadə (57 kq) İslam Orucovu (Qazaxıstan, 4:1) İbrahim Bədəlli (57 kq) Abrorbek Tengelovu (Özbəkistan, 5:0), Zirəddin Rüstəmov (80 kq) isə Nurislam Amankeldini (Qazaxıstan, 3:2) məğlub edib.

Yarışın ikinci günündə 29 görüş olacaq.

Qeyd edək ki, yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Latviya, Estoniya, Moldova yığmaları və neytral idmançılardan ibarət komanda mübarizə aparır. 185 boksçunun qatıldığı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. "Heydər Əliyev kuboku-2026″nın final görüşləri mayın 7-də olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
53
37
modern.az

8Mənbələr