Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə Dünya kuboku start götürüb. Reytinq xarakterli yarışa Azərbaycan millisinin üzvü Nəbi İsgəndərov qələbə ilə başlayıb.
70 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ilk döyüşündə Necat Ekinçi (Türkiyə) ilə qarşılaşıb. Boksçumuz rəqibini 3:2 (30:27, 28:29, 30:27, 28:29, 29:28) hesabı ilə məğlub edib. İsgəndərov 1/8 finalda Murodjon Aşuraliyevlə (Tacikistan) üz-üzə gələcək. Görüş aprelin 22-də olacaq.
Qeyd edək ki, Dünya kuboku aprelin 26-da başa çatacaq.
Millimizin 4 üzvü beynəlxalq turnirə qələbə ilə başlayıb
"Böyük İpək Yolu" beynəlxalq turnirinin açılış mərasimi keçirilib
Bakıda boks üzrə beynəlxalq turnir start götürəcək
“Milan”dan yeni transfer
Azərbaycan boksçuları Debretsendəki beynəlxalq turnirdə 4 medal qazanıblar